Azərbaycanlı müğənni boşandığına görə peşmandır
12 dekabr 2019 09:33 (UTC +04:00)

Azərbaycanlı müğənni boşandığına görə peşmandır

Xeyli vaxtdır efirlərdən uzaq düşən müğənni Almaz Saraylı həyat yoldaşından boşanma səbəbini açıqlayıb. Lent.az-ın məlumatına görə, ifaçı bu barədə “Şou ATV” verilişində danışıb:

“Boşanmağa səbəb sənətimi seçməyim oldu. Yoldaşım çox qısqanc idi. İstəmirdi ki, efirlərə, toylara gedim. O məni müğənni kimi görüb seçmişdi. Ayrılığa səbəb sənət oldu. Amma ayrılığa dəyməzdi. Çünki bilsəydim ki, bu gün sənətimdə elə bu yerdə olacam, boşanmazdım. Gərək məni başa düşərdi ki, müğənniyəm. Sevməyib ailə qurdum. Evdən vermişdilər. Elə bil ki, ondan acıq çıxdım”.

A.Saraylı daha sonra canlı efir vasitəsi ilə keçmiş həyat yoldaşına müraciət edib: “Mənim kimi qadını itirdiyin üçün çox peşmansan. Amma mən yox. O məni başa düşsəydi, bəlkə də çox şeylərə sahib olmuşduq. İndi mən Xalq artisti olmuşdum. Məni alanda bilirdin ki, müğənniyəm. Həyatda çox şeyləri qurban verdim”.

# 4737
avatar

Yalçın UĞUR

Oxşar yazılar