İbrahimoviçə daha bir təklif
11 dekabr 2019 15:57 (UTC +04:00)

İbrahimoviçə daha bir təklif

 

“Los-Anceles Qalaksi”dən ayrılacağını açıqlayan isveçli futbolçu Zlatan İbrahimoviç daha bir klubdan təklif alıb. 

Lent.az-ın məlumatına görə, 38 yaşlı hücumçu İtaliyadan sonra İngiltərə təmsilçisinin maraq dairəsinə düşüb.

“Everton” rəhbərliyi İbrahimoviçi komandanın heyətində görmək niyyətindədir. Təcrübəli forvardla danışıqlara başlayan ingilislər Zlatandan cavab gözləyirlər. “Everton” İbrahimoviçə bir mövsüm üçün 4 milyon funt-sterlinq ödəməyə hazırdır.

Qeyd edək ki, karyerası ərzində “Yuventus”, “İnter”, “Barselona”, “Milan”, PSJ və “Mançester Yunayted” kimi klubların da formasını geyinən Z.İbrahimoviç 2018-ci ildə “Los-Anceles Qalaksi”yə keçib.

 

# 1139
avatar

Rizvan Babayev

Oxşar yazılar