DİQQƏT: Sabah bu marşrutların hərəkət istiqaməti dəyişəcək
11 dekabr 2019 14:29 (UTC +04:00)

DİQQƏT: Sabah bu marşrutların hərəkət istiqaməti dəyişəcək

Dekabrın 12-də ümummilli lider Heydər Əliyevin xatirəsinin yad edilməsi məqsədilə Parlament prospekti Fəxri Xiyaban istiqamətində, eləcə də digər ətraf küçə və prospektlərdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq.

Lent.az-a Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətindən verilən məlumata görə, bu səbəbdən adları çəkilən küçə və prospektlərdən keçən müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət trayektoriyası da səhər saatlarından tədbir tam başa çatana qədər dəyişdiriləcək.

Sərnişin avtobusları digər nəqliyyat vasitələrinin yönləndirildiyi alternativ küçə və prospektlərdən keçməklə hərəkət edəcək.

# 2231
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar