"EuroHome”da yanğın ocaqlarının söküntüsü və soyudulması işləri davam edir
10 dekabr 2019 14:09 (UTC +04:00)

"EuroHome”da yanğın ocaqlarının söküntüsü və soyudulması işləri davam edir

0

Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq qüvvələri tərəfindən "EuroHome” tikinti materialları bazarında söndürülmüş yanğın ocaqlarının söküntüsü və soyudulması işləri davam etdirilir.

Bu barədə APA-ya FHN-nin mətbuat xidmətindən məlumat verilib.

“Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında mümkün təkrar lokal alovlanmanın qarşısının alınması üçün FHN-in müvafiq qüvvələri tərəfindən ərazidə söndürülmüş yanğın ocaqlarının söküntüsü və soyudulması işləri davam etdirilir”, - deyə Nazirliyin məlumatında qeyd olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2580

Oxşar yazılar