13:59
10 Dekabr 2019

Bakıda külli miqdarda pul, 4 ev və obyekt ələ keçirildi


Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edən Bakı şəhər sakini F.İsmayılov 2017-ci il aprel ayının 15-dən bu il may ayının 21-dək olan müddətdə paytaxt sakini A.Rəsulovun onu aldadaraq 165 min manatını, 4 mənzilini və 1 ticarət obyektini ələ keçirdiyini bildirib.

Lent.az -a Daxili İşlər Nazirliyindən verilən məlumata görə, polis əməkdaşları müvafiq araşdırmalar aparıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluğu törətməkdə şübhəli bilinən A.Rəsulov saxlanılıb.

Dİgər xəbərlər