Moskvanın keçmiş merinin öldüyünü Rusiyanın Berlindəki səfirliyi təsdiqləyib.
***
13:22
Moskvanın keçmiş meri Yuri Lujkov 84 yaşında vəfat edib.
Lent.az Rusiya KİV-nə istinadən bildirir ki, bu haqda 5-ci kanal məlumat yayıb.
Onların yaydığı məlumata görə, Rusiya paytaxtının keçmiş rəhbəri Almaniyanın Münhen şəhərindəki klinikalardan birində keçinib.
Lujkovun burada ürəyindən əməliyyat keçirdiyi bildirilir.
Lujkov 1992-ci ildən 2010-cu ilədək Moskvanın meri postunu tutub.
2010-cu ildə o vaxtkı prezident Dmitri Medvedevin qərarı ilə “etimadı itirməsi ilə əlaqədar olaraq” vəzifəsindən uzaqlaşdırılıb.