27 yaşlı gənci mübahisə zəminində bıçaqladılar
10 dekabr 2019 01:04 (UTC +04:00)

27 yaşlı gənci mübahisə zəminində bıçaqladılar

 

 

Bakının Qaradağ rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Ələt qəsəbəsində qeydə alınıb.

1992-ci il təvəllüdlü Dəmirli Şəhriyar Rövşən oğlu E.Rəhimov küçəsində, yaşadığı evin yaxınlığında naməlum şəxslə mübahisə zəminində bıçaqlanıb.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ona döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1026

Oxşar yazılar