Mənzildən kişi meyiti tapıldı
09 dekabr 2019 12:24 (UTC +04:00)

Mənzildən kişi meyiti tapıldı

Sumqayıtda mənzildən kişi meyiti tapılıb.

Bu barədə Lent.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Xəbərə görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1961-ci il təvəllüdlü Qasımov Vəkil Qədim oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

# 687
avatar

Oxşar yazılar