Azərbaycanda dəhşətli QƏTL: həmkəndlisini öldürüb yandırdı
09 dekabr 2019 10:53 (UTC +04:00)

Azərbaycanda dəhşətli QƏTL: həmkəndlisini öldürüb yandırdı

Astara sakini həmkəndlisini öldürüb.

Lent.az-ın məlumatına görə, hadisə dekabrın 7-də səhər saatlarınada rayonun Şiyəkəran kəndində baş verib. Belə ki, 1961-ci il təvəllüdlü Əliyev Cabir Mürvət oğlu ilə həmkəndlisi Əliyev Sadiq Novruz oğlunun evində münaqişə yaranıb. Nəticədə Sadiq Əliyev odun parçası və evində olan bıçaqla Cabir Əliyevə zərbələr endirərək öldürüb. Daha sonra isə yataq otağındakı sobaya təpik vurub və yaşadığı evdə yanğın baş verib.

Daxil olan məlumat əsasında Astara rayon Prokurorluğunun əməkdaşları hadisə yerinə baxış keçirib, meyit müayinə olunmaq üçün Lənkəran Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anotomiya Birliyinin zona mərkəzinə göndərilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanılıb. Şübhəli şəxs qismində saxlanılan Əliyev Sadiq Novruz  oğlu dindirmə zamanı törətdiyi əməli olduğu kimi etiraf edib.

Hazırda Astara rayon Prokurorluğunda istintaq davam edir.

# 1018
avatar

Mehman Nəbiyev

Oxşar yazılar