Piyadanı vuraraq hadisə yerindən qaçan sürücü tutuldu - RƏSMİ
05 dekabr 2019 17:22 (UTC +04:00)

Piyadanı vuraraq hadisə yerindən qaçan sürücü tutuldu - RƏSMİ

Polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Salyan rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dekabrın 3-də, saat 19 radələrində Salyan rayonu ərazisində naməlum sürücünün idarə etdiyi avtomobillə yolu keçmək istəyən piyada, 1987-ci il təvəllüdlü Sadiq Mustafayevi vuraraq ölümünə səbəb olması, daha sonra isə hadisə yerindən qaçması faktına görə Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan yol nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə hadisə yerinə baxış keçirilmiş, müvafiq ekspertizalar təyin olunub və digər zəruri istintaq hərəkətləri aparılıb.

Həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan yol nəqliyyat hadisəsinin 44-BL-045 dövlət qeydiyyat nişanlı “Daımler Crysler” markalı avtomobilin sürücüsü – 1959-cu il təvəllüdlü Muğbil Niftullayev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

M.Niftullayev şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilməklə dindirilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

# 1060
avatar

Oxşar yazılar