18 nəfərə qarşı dələduzluq edənlər saxlanıldı
05 dekabr 2019 15:22 (UTC +04:00)

18 nəfərə qarşı dələduzluq edənlər saxlanıldı

 

18 nəfərə qarşı dələduzluq edən dörd nəfər tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az -a bildiriblər ki, 18 vətəndaşa qarşı dələduzluq etməkdə şübhəli bilinənlər - Bakı şəhər sakinləri M.Şərifov, əvvəllər məhkum olunmuş M.Abdullayev, Şəki rayon sakini V.Abdullayev və Gəncə şəhər sakini, əvvəllər də dələduzluğa görə məhkum olunmuş Ş.Musayev Kəpəz Rayon Polis İdarəsi və Metropolitendə Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıblar.

Faktla bağlı araşdırmalar davam etdirilir.

# 727
avatar

Mehman Nəbiyev

Oxşar yazılar