Su kanalına düşən kişinin meyiti tapıldı - YENİLƏNİB
05 dekabr 2019 17:00 (UTC +04:00)

Su kanalına düşən kişinin meyiti tapıldı - YENİLƏNİB

Ağdaş rayonunda naməlum şəraitdə su kanalına düşən 1982-ci il təvəllüdlü Quliyev Sahib Əlikram oğlunun axtarışları başa çatıb.

FHN-dən Lent.az-a verilən məlumata görə, S.Quliyevin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

 

***

15:09

Ağdaşda 37 yaşlı kişi su kanalına düşüb.

Bu barədə Lent.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Veilən xəbərə görə, Nazirliyin "112" qaynar telefon xəttinə, Ağdaş rayonunda 1982-ci il təvəllüdlü Quliyev Aqşin Əlikram oğlunun naməlum şəraitdə su kanalına düşməsi barədə məlumat daxil olub. Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Aran dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

# 795
avatar

Oxşar yazılar