"Arxamda dayanacaq dayım, əmim yoxdur" -  Baloğlan Əşrəfov
05 dekabr 2019 14:30 (UTC +04:00)

"Arxamda dayanacaq dayım, əmim yoxdur" - Baloğlan Əşrəfov

Əməkdar artist Baloğlan Əşrəfov qalmaqalla gündəmə gələn ifaçılara məsləhət verib.

Lent.az-ın məlumatına görə, ifaçı "Show news" verilişinə açıqlamasında bu sözləri deyib:

"Elə müğənni var ki, oxumağını eşitməmişəm, qalmaqallarını görmüşəm. Silinib gedirlər. Yaz gülü kimidirlər. 1 ay keçmir, solurlar. Müğənni qalmaqalla gündəmdə qalmamalıdır. Bu, ona xeyir gətirməz.

Arxamda dayanacaq dayım, əmim yoxdur. Yeganə müğənniyəm ki, məni ifama görə dəvət ediblər. Azərbaycanda elə kişi yoxdur ki, desin, Baloğlanı mən xahiş edib tədbirlərə dəvət etdirmişəm.

Eşitdiyimə görə, "YouTube"da saxta baxış sayını artırırlar. Mən belə şeyləri bilmirəm, lazım da deyil. İstəyirəm ki, məni sevənlər həqiqəti əks etdirsin, yalandan sevgi olmur. Ölənə qədər bunu etmərəm".

# 1574
avatar

Oxşar yazılar