DÇ-2022: Seçmə mərhələnin oyun günləri açıqlandı
05 dekabr 2019 12:27 (UTC +04:00)

DÇ-2022: Seçmə mərhələnin oyun günləri açıqlandı

DÇ-2022-nin Avropa zonası üzrə seçmə oyunlarını vaxtı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, 10 qrupda mübarizə aparacaq 55 yığmaların matçları 2021-ci ildə baş tutacaq. 

Bununla da Azərbaycan millisinin DÇ-2022-nin seçmə mərhələsindəki oyunlarının da vaxtı bəlli olub. 5 komandalı qrupda yer alacaq yığmalar iki oyun günündə istirahət şansı qazanacaq. 

Seçmə mərhələdə beş qrupda 5, beş qrupda 6 milli çıxış edəcək. Qaliblər birbaşa DÇ-2022-yə yüksələcək. İkinci yeri tutan 10 komanda və Millətlər Liqasının 2020/21 mövsümünün iki ən yaxşı qrup qalibi pley-offda son üç vəsiqə üçün mübarizə aparacaq. Pley-off 2022-ci ildə təşkil olunacaq.

DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsinin oyun günləri:


1-ci tur: 25-27 mart 2021

2-ci tur: 28-30 mart 2021

3-cü tur: 4-5 iyun 2021

4-cü tur: 7-8 iyun 2021

5-ci tur: 2-4 sentyabr 2021

6-cı tur: 5-7 sentyabr 2021

7-ci tur: 7-9 oktyabr 2021

8-ci tur: 10-12 oktyabr 2021

9-cu tur: 11-13 noyabr 2021

10-cu tur: 14-15 noyabr 2021

Pley-offun yarımfinalı: 24-25 mart 2022

Pley-offun finalı: 28-29 mart 2022

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1112

Oxşar yazılar