Qadınları Türkiyədə satan həbs edildi
05 dekabr 2019 10:47 (UTC +04:00)

Qadınları Türkiyədə satan həbs edildi

Azərbaycanlı qadınları Türkiyədə cinsi istismara məruz qoymaqda təqsirləndirilən Yaqut Məmmədovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA-nın məlumatına görə, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Eldar Mikayılovun icraatına verilib.

Qeyd edək ki, bu il fevral ayının 27-də Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 1973-cü il təvəllüdlü Məmmədzadə Yaqut Güloğlan qızının bir qrup şəxslə cinayət əlaqəsinə girərək Azərbaycan vətəndaşları olan qadınları Türkiyənin İstanbul şəhərinə aparıb insan alverinə məruz qoyması faktı müəyyən edilib. 

Y. Məmmədzadə barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib. İş üzrə 4 qadın zərərçəkən şəxs qismində tanınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1286

Oxşar yazılar