2662
15:15
04 Dekabr 2019

Keçmiş deputat icra başçısı təyin olundu

Əhməd Kərəm oğlu Muxtarov Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Lent.az AZƏRTAC-a istinadla bildirir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Prezidentin digər sərəncamı ilə Rüstəm Gülabba oğlu Xəlilov Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Xatırladaq ki, Rüstəm Xəlilov 2005-ci ildən 64 saylı Sabirabad ikinci seçki dairəsindən Milli Məclisin üzvü seçilib.