527
19:56
04 Dekabr 2019

Yeni qurğu kosmosdakı toqquşmaları izləyəcək

ABŞ-da Texas Universitetinin alimləri tərəfindən yeni kosmik qurğu ixtira ediblər.

Lent.az "ictnews"a istinadən xəbər verir ki, yeni alət kosmosda obyektlər bir-birindən təhlükəli məsafədə olduğu təqdirdə onları izləyəcək.

Alimlər bildiriblər ki, orbitdə peyk və kosmik tullantıların sayının artması bu alətin yaradılmasını zəruri edib.
"Conjunction Streaming Service Demo" adlandırılmış alət real vaxt rejimində yerətrafı orbitdə bir-birinə olduqca yaxın məsafədə yerləşən 1500-dək obyekti göstərə bilir. X oxu üzrə vaxt, Y oxu üzrə bir-birinə yaxın məsafədə yerləşən iki kosmik obyekt arasındakı məsafə (0-dan 5-km-dək) izlənilir.

Tədqiqatçılar göy cisimlərini çoxlu sayda qövsdən ibarət qrafikin köməyi ilə izləyirlər. Qövsün dartılması onu göstərir ki, iki obyekt bir-birindən təhlükəli məsafədə yerləşir.

Hər bir qövs, həmçinin obyektin tipini göstərən rəngə malikdir. Yaşıl qövslər aktiv peykləri, sarı peyk və göy cismini, qırmızı isə iki göy cismini göstərir.