Qonşu ölkədə “quş qripi”ndən 37 nəfər öldü
02 dekabr 2019 12:12 (UTC +04:00)

Qonşu ölkədə “quş qripi”ndən 37 nəfər öldü

 

İranda “quş qripi” (H1N1) 37 nəfərin ölümünə səbəb olub. 

APA-nın Tehran bürosunun məlumatına görə, İran Səhiyyə Nazirliyinin açıqlamaya əsasən, bu il “quş qripi” ölkədə çox geniş formada yayılıb.

Bu ilin əvvəlindən indiyədək "quş qripi"ndən 37 nəfər ölüb, çox sayda insan xəstəxanaya yerləşdirilib.

Kohgiluyə və Boyer-Əhməd, Gülüstan, Mazandaran, Kirman və Xuzistan əyalətlərində bu virusa yoluxanların sayı digər əyalətlərə nisbətən daha çoxdur.

Xəstəxanalarda “quş qripi”nə yoluxan insanlar üçün xüsusi palatalar ayrılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1470

Oxşar yazılar