Bakıda əcnəbi vətəndaşın pulu oğurlanıb.
APA-nın məlumatına görə, Bakıya turist kimi gələn, Səudiyyə Ərəbistanı vətəndaşı Səbail rayon Polis İdarəsinə müraciət edərək noyabrın 30-da gecə saatlarına kirayə qaldığı mənzilə gətirdiyi, əvvəldən tanımadığı qadının onun 250 manat və 7900 Səudiyyə realını, bank kartlarını və xarici pasportunu oğurladığını bildirib.
Faktla bağlı araşdırma aparılır.