2806
09:37
02 Dekabr 2019

Röya barədə keçmiş dostu görün nələr dedi: "Ağzının danışığını bilmir" - VİDEO

Xalq artisti Röya Ayxanla müğənni Niyam Salami küsülü imiş. Lent.az -ın məlumatına görə, bu barədə N.Salami “Səhər-səhər” verilişində deyib. O, bildirib ki, bir zamanlar dost olan həmkarı ilə hazırda danışmır:

“Röya ilə məni küsülü edən etdi. Ondan nəyə görə inciyəm? Röya ilə dalaşan elə insanlar var ki, ağzının danışığını bilmir. Onunla barışır, amma mənim günahım olmaya-olmaya məndən küsdü. Mən onun evinin içiyəm. O bilir ki, mən elə insan deyiləm. Qardaşı ilə yaxınam. Amma özü ilə indi münasibətimiz yoxdur”.

Qeyd edək ki, Röya ilə Niyam uzun illər dost olublar. Niyam konsertlərin birində Röyaya barışıq jesti edərək gül vermişdi. Lakin bu jest barışıq üçün yetməmişdi.