477
09:01
02 Dekabr 2019

Ürək çatışmazlığı halları azalır - AÇIQLAMA

"Azərbaycanda da ürək-damar sistemi xəstəlikləri əsas ölüm səbəblərindəndir".

Bunu Azərbaycan Kardiologiya Cəmiyyətinin sədri Tofiq Cahangirov deyib.

O bildirib ki, respublikada ürək transplantasiyasından başqa bütün ürək qan-damar sistemi xəstəliklərinin diaqnostika və müalicə üsulları tətbiq edilir: "Ona görə də əsas ölüm səbəblərindən olan miokard infarktı, arterial hipertenziya, ürək çatışmazlığı halları ildən-ilə azalmaqdadır".

Ürək xəstəliklərinin müalicə xərclərindən danışan cəmiyyət sədri bildirib ki, müayinə, müalicə üsullarına görə qiymətlər də dəyişir: "Elə müayinə var ki qiyməti yüksəkdir, amma mütləq tətbiq olunmalıdır. Dərman müalicəsində, diaqnostikada problemimiz yoxdur. Amma müəyyən xəstəliklərin müalicəsi xərc tələb edir”.

e-tibb.az