845
18:29
30 Noyabr 2019

Napoleonun sürgündə geyindiyi çəkmələri bu qiymətə satıldı - FOTO

Napoleon Bonapartın çəkmələri Parisdə hərraca çıxarılıb.

Lent.az xəbər verir ki, bu barədə “Drouot” hərrac evinin twitter səhifəsində məlumat dərc edilib.

Çəkmələrin başlanğıc qiyməti 50-80 min avro aralığında təklif edilib.

Sonda sərkərdənin ayaqqabıları 117 min avroya satılıb.

Qeyd edək ki, Napoleon həmin çəkmələri Müqəddəs Yelena adasında sürgündə olduğu zaman geyinib.