Avtomobillə piyadanı vurub hadisə yerindən qaçan sürücü tutuldu
30 noyabr 2019 14:51 (UTC +04:00)

Avtomobillə piyadanı vurub hadisə yerindən qaçan sürücü tutuldu

Sumqayıt şəhərinin Lermontov küçəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, noyabrın 27-də saat 19 radələrində Sumqayıt şəhərinin Lermontov küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən şəhər sakini A.Məmişova vurub. Piyada aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xəsarətlə nəticələnmiş yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “VAZ-21011” markalı avtomobilin sürücüsü, Sumqayıt sakini V.İbrahimov saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1019

Oxşar yazılar