Namizədlərin seçkiqabağı təşviqatları üçün bu qədər yer ayrıldı - RƏSMİ
30 noyabr 2019 12:20 (UTC +04:00)

Namizədlərin seçkiqabağı təşviqatları üçün bu qədər yer ayrıldı - RƏSMİ

"Azərbaycanda dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı proseslər Seçki Məcəlləsinin tələblərinə uyğun şəkildə həyata keçirilir".

APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.

O bildirib ki, bu gündən etibarən namizədlərin seçkiqabağı təşviqat mərhələsinə başlanılıb: “Qanunvericiliyin tələblərinə uyğun olaraq, onlara açıq və qapalı məkanlarda yerlər ayrılmalıdır. Artıq həmin ünvanlar dairə seçki komissiyalarının lövhələrində asılıb. MSK tərəfindən də nəzarətdədir. 3500-ə yaxın belə ünvan var. Onların təxminən 1700-ü açıq, qalanları isə qapalı məkanlardır. Hesab edirəm ki, namizədlərə bütün imkanları yaratmışıq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1420

Oxşar yazılar