Kənd sakinindən odlu silah aşkarlandı - FOTO
30 noyabr 2019 10:55 (UTC +04:00)

Kənd sakinindən odlu silah aşkarlandı - FOTO

 

Hacıqabul sakinindən odlu silah götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan şəhərindəki Regional qrupundan Lent.az-a verilən məlumata görə, Hacıqabul RPŞ-nin əməkdaşları tərəfindən qanunsuz olaraq odlu silah-sursat gizlədən şəxslərin aşkar edilməsi məqsədi ilə əməliyyat tədbiri həyata keçirilib.

Belə ki, Hacıqabul rayonu Tava kənd sakini Əliyusif Şirinov qanunsuz olaraq odlu silah saxlamaqda şübhəli bilindiyi üçün saxlanılıb. Ona məxsus fermadan 1ədəd “BUM” markalı müvafiq sənədləri olmayan ov silahı aşkar edilərək götürülüb.

Faktla bağlı Hacıqabul RPŞ-də araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1081

Oxşar yazılar