Bu ilin 11 ayında 350 narkotik cinayət faktı aşkarlanıb.
Lent.az AZƏRTAC-a istinadla xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi rəisinin birinci müavini Güloğlan Muradlı “Gömrük sistemində aparılan islahatlar: nəticələr, perspektivlər” mövzusunda Lənkəranda jurnalistlər üçün keçirilən təlimin ikinci günündə deyib. O bildirib ki, 2012-ci ildən bu vaxta qədər ən çox narkotik qaçaqmalçılığı məhz bu il aşkarlanıb. İl ərzində aşkarlanan narkotikin miqdarı 1 ton 21 kiloqram olub.
G.Muradlının sözlərinə görə, bu il narkotik vasitələrin daxili orqanda keçirilməsinə 108 cəhd edilib. Narkotik vasitələrin keçirilməsinə cəhd göstərənlərin 14 faizi qadınlardır. Bəzi hallarda uşaqlar da bu cinayət əməlinə cəlb edilir.