703
11:40
29 Noyabr 2019

8 aylıq uşaq küçəyə atıldı - Nazirlikdən AÇIQLAMA - FOTO - YENİLƏNİB

Şirvanda küçədən yeni doğulmuş körpə tapılıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, noyabrın 28-də saat 18.20 radələrində, rayonun Leytenant İbrahimov küçəsi, 18 mənzil 2 ünvanında yerləşən mənzilin qapısından, yun parçaya bükülmüş və sellofan torbaya qoyulmuş halda uşaq aşkar edilib.

Hadisə barədə Şirvan Şəhər Polis Şöbəsinə məlumat verib. Polis əməkdaşları tərəfindən tapılmış uşaq Şirvan doğum evinə təhvil verilib. Həkimlərin rəyinə görə, uşaq təxminən 2-3 gün əvvəl doğulub. Çəkisi 2,4 kiloqram, cinsi qız, təxminən 36 həftəlik hamiləlikdən sonra dünyaya gəlib. O da qeyd edilir ki, uşağın göbəyinin qeyri-peşəkar kəsilməsindən aydın olur ki, körpə tibb müəssisəsində doğulmayıb. Uşağa həkimlər tərəfindən bütün yardımlar edilib. Körpənin vəziyyəti qənaətbəxş qiymətləndirilir.

Faktla bağlı Şirvan ŞPŞ-də araşdırma aparılır.

***

Saat 11:35

Noyabrın 28-i Şirvan Şəhər Mərkəzi Xəstəxanasına polis əməkdaşları küçəyə atılmış 8 aylıq qız uşağı gətiriblər.

Bu barədə Lent.az -a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, körpə dərhal xəstəxananın doğum şöbəsinə yerləşdirilib və qidalandırılıb:

"Hazırda həkimlər uşağın vəziyyətini yaxşı kimi qiymətləndirirlər.

Faktla əlqədar müvafiq qurumlara məlumat verilib".