558
11:21
29 Noyabr 2019

Maşınla vurulan piyada öldü

Gədəbəydə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az -a verilən məlumata görə, noyabrın 28-də saat 20 radələrində Gədəbəy rayonunun Qumlu kəndi ərazisində E.Kazımov idarə etdiyi “BMW” markalı avtomobillə yolu keçən şəhər sakini Babək Hüseynovu vurub.

Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb.