352
11:11
29 Noyabr 2019

Psixoloqların diaqnostik qiymətləndirilməsi üzrə imtahan keçiriləcək

Dövlət ümumi təhsil müəssisələrində çalışan psixoloqların bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçiriləcək.

Lent.az -a Təhsil Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, diaqnostik qiymətləndirilməyə bu ilin dekabr ayında start veriləcək.

Diaqnostik qiymətləndirilmə zamanı psixoloqlara 60 test tapşırığı təqdim olunacaq. Namizədlər imtahan zamanı 90 dəqiqə ərzində test tapşırıqlarını cavablandıracaqlar. Hər düzgün cavab 1 balla qiymətləndiriləcək.

Psixoloqların bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi üzrə imtahan proqramını diqqətinizə çatdırırıq.