Azərbaycanda bir ailənin 3 üzvü qazdan zəhərləndi
29 noyabr 2019 10:14 (UTC +04:00)

Azərbaycanda bir ailənin 3 üzvü qazdan zəhərləndi

 

Qusarda dəm qazından zəhərlənmə faktı qeydə alınıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, şəhərin Ləzgi Nemət küçəsi, 135 ünvanında yaşayan Əhmədovlar ailəsində 3 nəfər dəm qazından zəhərlənərək Qusar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. 42 yaşlı Elnarə Əhmədova və 2 oğlu - 10 yaşlı Rəfael və 5 yaşlı Eduard Əhmədovlara müvafiq tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.  

Faktla bağlı araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 821

Oxşar yazılar