1379
17:00
30 Noyabr 2019

İrəvan kətəsinin hazırlanması - Usta öz sirlərini açır: Lent.az-ın mətbəxi

Lent.az -ın mətbəxi layihəsində növbəti yazımızı təqdim edirik.

Bu dəfə sizi sosial şəbəkədə “EV YEMEKLERİ” adı ilə məşhur olan səhifəyə istinadla İrəvan kətəsinin hazırlanması ilə tanış edəcəyik.

Tərkibi:

400 qram un, 25 qram duru yağ, 1 stəkan qatiq, 1 ədəd yumurta, 1 paket qabartma, 1 paket vanil.

Hazırlanması:

Unu, yağı ləyənə əlavə edib umac hazırlayırıq. Umacın içərisinə yumurta, qatıq, vanil və qabartma tozu əlavə edib yumşaq xəmir yoğururuq. Xəmiri yoğurduqdan sonra kündələyib selafona büküb soyuducuya qoyub 30 dəqiqə saxlayırıq. Bu zaman ərzində xəmirin içliyini hazırlayırıq. Bunun üçün tavaya un əlavə edib qovururuq. Qovurduğumuz unu ələkdən keçirir və tam soyuduqdan sonra içərisinə şəkər tozu, vanil, duru yağ əlavə edib yaxşıca yoğururuq.

Kündəmizi soyuducudan çıxarıb, bir neçə kündələrə bölür, üzərini unlayıb açırıq. Açdığımız xəmirin içərisinə içlik əlavə edib, rulon şəkilində bükürük. Bükdüyümüz şirniyyatı yenidən bükülü şəkildə oxlovla açırıq. Təxminən bir barmaq qalınlığında olmalıdır. Yumurta ilə sarıkökü qarışdırıb xəmirin üzərinə çəkirik. Sonra kətələri formada kəsib, bişirəcəyimiz listə yığıb sobaya yerləşdiririk. Təxminən 30-40 dəqiqə bişdikdən sonra servis edirik.

Nuş olsun!