Məşhur kosmetik məhsulların ölüm təhlükəsi
28 noyabr 2019 19:39 (UTC +04:00)

Məşhur kosmetik məhsulların ölüm təhlükəsi

ABŞ-ın Kolorado ştatından olan alimlər dırnaq lakı və onu təmizləmək üçün bir vasitənin təhlükəli səviyyədə uçucu üzvi maddələr yaydığını aşkar ediblər.

Lent.az-ın xarici KİV-ə istinadla verdiyi xəbərə görə, alimlərin iddiasınca, bu, tənəffüs sistemin pozulmasına, sonsuzluğa və xərçəng xəstəliyə yoluxmağa gətirib çıxara bilər.

Bu risk qrupuna ilk növbədə gözəllik salonlarının işçiləri – tez-tez manikür və pedikür edənlər daxildirlər.

Tədqiqatçılar manikür salonlarındakı benzol və formaldehidin səviyyələrini ölçərək onların kifayət qədər həddini aşdığını müəyyənləşdiriblər.

İşçilərin orqanizminin daim bu maddələrə məruz qalması isə 20 il ərzində xərçəng riskini kifayət qədər artırır.

Bundan əlavə, işçilərin 70 faizi baş ağrısı, dərinin və gözlərin qaşınması kimi əlamətlər barədə məlumat veriblər. 40 faizi isə çoxsaylı əlamətlərdən danışıb.

Mütəxəssislərin sözlərinə görə, əldə olunan nəticələr neft emalı sənayesi və avtomobil xidməti müəssisələrində çalışanların şikayətləri oxşardır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6502

Oxşar yazılar