367
13:56
28 Noyabr 2019

“Jurnalistlərin qarşılıqlı səfərləri çox müsbətdir" - ATƏT sədri

Azərbaycanda səfərdə olan Slovakiyanın Xarici İşlər və Avropa məsələləri üzrə naziri, ATƏT-in fəaliyyətdə olan sədri Miroslav Layçak azərbaycanlı və erməni jurnalistlərin qarşılıqlı səfərlərinə münasibət bildirib.

APA-nın xəbərinə görə, M. Layçak bildirib ki, vəziyyəti yaxından izləyir.

“Jurnalistlərin qarşılıqlı səfərləri çox müsbətdir. Bu atmosferi yaxşılaşdırır, gərginliyi azaldır. İnanıram ki, bu səfər siyasi şəraiti yaxşılaşdıracaq”, - ATƏT sədri vurğulayıb.