959
19:34
27 Noyabr 2019

Azərbaycanda kişini qonaq aparıb soydular

Şəmkir şəhərində yaşlı kişi qarət olunub.

Lent.az -ın trend-ə istinadla verdiyi məlumata görə, Şəmkir rayonu, Sarıtəpə kənd sakini, 87 yaşlı İbrahimov Dostumalı Nəcəfalı oğlu Şəmkir şəhərinə gəlib. D.İbrahimov şəhər ərazisində üzdən tanıdığı bir nəfər şəxslə rastlaşıb və həmin şəxs çay içmək adı ilə onu evinə dəvət edib.

Dəvəti qəbul edən D.İbrahimov həmin şəxslə onun evinə gedib. D.İbrahimov evə daxil olarkən ev sahibi onu döyərək cibində olan 350 manatını götürüb, daha sonra taksiyə mindirərək Sarıtəpə kəndindəki evinin qarşısında düşürüb.

Faktla bağlı Şəmkir rayon Polis şöbəsində cinayət işi başlanıb, hadisəni törədən şəxsin axtarışları davam etdirilir.

Dİgər xəbərlər