Çəkisi 35 kiloqram olan yeniyetməyə anasının böyrəyi köçürüldü
27 noyabr 2019 14:47 (UTC +04:00)

Çəkisi 35 kiloqram olan yeniyetməyə anasının böyrəyi köçürüldü

Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) “Böyrək xəstəlikləri və transplantologiya” şöbəsinə ağır vəziyyətdə müraciət edən 17 yaşlı qız üzərində böyrəkköçürmə əməliyyatı həyata keçirilib.

Bu barədə Lent.az-a Respublika Müalicəvi Diaqnostika Mərkəzindən məlumat verilib. Bildirilib ki, donor xəstənin 45 yaşlı anası olub və əməliyyat şöbə müdiri, Səhiyyə Nazirliyinin Böyrək transplantasiyası üzrə baş mütəxəssisi, cərrah-uroloq, tibb üzrı fəlsəfə doktoru Rəşad Şolanın rəhbərliyi ilə uğurla həyata keçirilib. 

R.Şolan əməliyyatla bağlı deyib:

"Bizə müraciətə qədərki uzun müddət ərzində xroniki böyrək çatışmazlığından əziyyət çəkən yeniyetmə qız mütəmadi hemodializ seansları qəbul etdiyindən onda kaxeksiya – orqanizmin ekstremal tükənməsi inkişaf etmişdi. Maddələr mübadiləsinin pozulması səbəbindən, orqanizmdə ümumi zəiflik fonunda, fizioloji proseslərin fəallığının və iştahın azalması xəstədə bədən kütləsinin kəskin aşağı düşməsi ilə nəticələnmiş, çəkisi 35 kq olmuşdu. Təcili böyrək köçürülməli idi. Komandamızın əməyi sayəsində kifayət qədər riskli olan bu əməliyyatı da uğurla icra etdik. Köçürülən böyrək hazırda normal fəaliyyət göstərir. Pasiyentin çəkisində artım müşahidə edirik".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1549

Oxşar yazılar