Ölkə Prezidentinin tapşırığı ilə Baş Nazir və başqa müvafiq qurumların rəhbərləri Bibiheybətdə uçqun olan hadisə yerinə baxış keçiriblər. Artıq müvafiq qurumlara zəruri ilkin tapşırıqlar verilib”.
Bu barədə APA-ya Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov məlumat verib.
Onun sözlərinə görə, təxirəsalınmaz tədbirlərin görülməsi və gələcəkdə bir daha təkrarlanmaması üçün prosesə xarici və yerli mütəxəssislər cəlb edilib: “Mütəxəssislərin vəziyyəti dərindən təhlilindən sonra qısa müddət ərzində bərpanın hansı istiqamətdə aparılacağı haqda qərar qəbul ediləcək”.