586
09:48
27 Noyabr 2019

Bakıda qadına qarşı 12 min dollarlıq FIRILDAQ

Bakıda qadının 12 min dollarını əlindən alıblar.

Lent.az -ın məlumatına görə, bu barədə Rusiya vətəndaşı Məmmədhəsənova Yuliya Məmmədhəsən qızı Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinə ərizə ilə müraciət edib. O, müraciətində 2018-ci ilin aprel ayında tanışı Bakı sakini İslamzadə Pərvin Cuma oğlunun onunla birgə paltar satmaq adı ilə ticarət quracağını bilirdirb, hissə-hissə müxtəlif məbləğlərdə 12000 dollar pulunu alıb və geri qaytarmayıb. Yuliya Məmmədhəsənova həmçinin sonuncu dəfə “Koroğlu” metrostansiyasının yaxınılığında İsmayılov Pərvinə pul verdiyini qeyd edib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsində araşdırma aparılır.