394
18:53
26 Noyabr 2019

Keçmiş məhkumlar oğurluğa görə saxlanıldı

Yasamal rayon Polis İdarəsi 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən oğurluğa cəhd göstərib, 1 evin girişindən elektrik açarı və C.Novruzova məxsus “Changan” markalı avtomobildən pul, fleşkart, qulaqcıq və səsgücləndirici oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş C.Əliyev saxlanılıb.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az -a verilən məlumata görə, Səbail rayon Polis İdarəsi 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini R.Hüseynovun mobil telefonunu oğurlamaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş E.Məmmədov tutulub.