Aşıq Namiq Fərhadoğlu idarə etdiyi “KİA” markalı, “99 NF 015” dövlət seriyalı avtomobili ilə qəzaya düşüb.
Lent.az-a açıqlama verən aşıq bildirib ki, “Range Rover” markalı, “10 GO 515” dövlət seriyalı maşın onun avtomobilinə çırpılıb: “Yaşıl işıq yanırdı, öz yolumla gedirdim. Sağdan gələn “Range Rover” mənim maşınımı vurdu. Vuran adam deyir ki, günah səndədir. Amma düzgün deyil, düz yolumla gedirdim, o mənim maşınımı vurdu”.