Toya hazırlaşan üç uşaq anası dəm qazından boğularaq öldü
25 noyabr 2019 22:39 (UTC +04:00)

Toya hazırlaşan üç uşaq anası dəm qazından boğularaq öldü

 

Gəncə şəhərində ölüm hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin İsaq Cəfərov küçəsində qeydə alınıb.

1989-cu il təvəllüdlü İsayeva Şəfiqə Niyazi qızı dəm qazından boğularaq dünyasını dəyişib. 

İlkin məlumata görə, Ş.İsayeva toy məclisinə hazırlaşırmış.  

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma başlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2142

Oxşar yazılar