1172
18:18
25 Noyabr 2019

BDU-nun əməkdaşları fəxri diplomla təltif edildi

Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin əməkdaşlarının “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Lent.az AZƏRTAC-a istinadla xəbər verir ki, sərəncamla Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə və Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə Bakı Dövlət Universitetinin aşağıdakı əməkdaşları “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib:

Babazadə Vasif Məmməd Ağa oğlu

Əliyeva İradə Nurəddin qızı

İbrahimova Sara Hökmulla qızı

İsgəndərov Anar Camal oğlu

Qurbanov Əsədulla Cücü oğlu

Məlikova Məsumə Fazil qızı.