Bakıda avtobusun qəza törətməsini Bakı Nəqliyyat Agentliyi təsdiqləyib.
Hadisə barədə Agentliyin mətbuat katibi Mais Ağayev Lent.az-a açıqlama verib. Onun sözlərinə görə, qəzanı müvəqqəti istismarda olan avtobus törədib:
“Bu gün səhər saatlarında “Çinar-Trans” MMC-nin müvəqqəti istismarında olan 160 saylı marşrut xətti üzrə (99 LZ 275 nomrəli) avtobusun iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib. Daşıyıcının verdiyi məlumata görə hadisə nəticəsində bir nəfər qadın xəsarət alıb. Hadisə ilə bağlı izahat verməsi üşün “Çinar-trans” MMC-nin rəhbərliyi Agentliyə çağırılıb”.
Qeyd edək ki, hadisə bu gün səhər saatlarında baş verib. Nəticədə bir nəfər qadın xəsarət alıb.