Hər il qadınların səbirsizliklə gözlədiyi "Victoria’s Secret" şousu ləğv edilib.
Bu haqda brendin hazırki idarəçisi, amerikalı L Brands açıqlama verib. Bildirib ki, hər il səbirsizliklə gözlənilən şou son 25 ildə ilk dəfə ləğv edilib.
L Brands 2018-ci ildə "Victoria's Secret"in ən zəif şousunu göstərib. Buna görə də onlar çıxışlar üzərində ciddi çalışmalıdırlar.
Rəhbər təkcə şounun yox, brendin satışının da düşdüyünü vurğulayıb. İyul-sentyabr aylarında satış 7 faiz azalıb.
(Axşam.az)