Hadisə hönkür-hönkür ağladı - SƏBƏB - FOTOLENT
23 noyabr 2019 17:07 (UTC +04:00)

Hadisə hönkür-hönkür ağladı - SƏBƏB - FOTOLENT

Türkiyəli müğənni Hadisə dünən “O Ses Türkiye” yarışmasında ailəsi haqqında danışarkən hönkür-hönkür ağlayıb.

Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, müğənni səsini bəyəndiyi gənc qızın anasını və qardaşını gördüyü vaxt göz yaşlarını saxlaya bilməyərək deyib:

“Qardaşım var. Bu dəqiqələrdə doğuma giriblər. Bibi olmağın həyəcanını yaşayıram. Orada olmaq çox istəyərdim. Sabah da çəkiliş olduğu üçün gedə bilməyəcəm. Bir azdan şəkil gələrsə, xoşbəxt olaram”.

Acun Ilıcalı isə qarşılığında bu sözləri deyib:

“Əgər sən çəkilişi ləğv edin deyərsənsə, mən bunu edərəm. Bizim üçün sənin xoşbəxtliyin, çəkilişdən daha önəmlidir”,

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3857

Oxşar yazılar