516
09:11
23 Noyabr 2019

Axşam yemək yeməyin qadınlar üçün RİSKLƏRİ

Gündəlik kalori miqdarının böyük hissəsini axşam saat 18.00-dən sonra qəbul edən qadınlarda ürək-damar xəstəliklərinin yaranma riski artır.

e-tibb.az xəbər verir ki, bu, ABŞ-da aparılan araşdırma nəticəsində məlum olub.

Kolumbiya Universitetində 112 qadının ürək sağlamlığı araşdırılıb. Bir il aparılan araşdırmadan sonra gündəlik kalori miqdarının böyük hissəsini saat 18-dən sonra qəbul edən qadınların digərləri ilə müqayisədə daha çox ürək-damar xəstəliklərinə tutulduğu aşkarlanıb.

Araşdırma zamanı məlum olub ki, axşam saatlarında qəbul edilən qidalar bədən kütlə indeksinin yüksəlməsi və təzyiq riskini artırır. Belə qənaətə gəlinib ki, indiyədək ürək xəstəliklərinin qarşısını almaq üçün qəbul edilən qidalar, qidaların miqdarına daha çox önəm verilsə də, bu araşdırma nə zaman yediyimizin çox əhəmiyyətli olduğunu sübut edir.

Bir sözlə, nə yemək, nə qədər yemək yox, nə zaman yemək daha önəmlidir.

e-tibb.az