
Bakıda dəhşətli qəzada ölənlərin kimliyi məlum oldu - YENİLƏNİB

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti Biləcəri-Heybət mənzilinin 521-ci kilometrindəki avtomobil körpüsündə baş verən qəza ilə bağlı açıqlama yayıb. Cəmiyyətdən APA-ya verilən məlumata görə, bu gün saat 14:10-da "Azərbaycan Dəmir Yolları"nin Biləcəri-Heybət mənzilinin 521-ci kilometrindəki avtomobil körpüsündə yol-nəqliyyat hadisəsi baş verib. AZ 99-SA-781/ AZ 99-ZE-781 dövlət qeydiyyat nişanlı, “Kamaz” markalı yük avtomobili körpünün üzərindən aşaraq dəmir yolu xəttinin üstünə düşüb.
Sürücü Xəzər İnqilab oğlu Yusifli və onun sərnişini hadisə yerində dünyalarını dəyişiblər. Məlumatda bildirilir ki, qəza nəticəsində dəmir yolunun hər iki istiqamətində kontakt şəbəkəsi və yan xətlər tam sıradan çıxıb və qatarların hərəkəti üçün bağlıdır. Qatarların hərəkətinin bərpa edilməsi istiqamətində iş aparılır. Baş vermiş hadisə isə aidiyyəti üzrə araşdırılır.
***
16:58
Bakıda yük maşının körpüdən aşması nəticəsində dünyasını dəyişən şəxslərin kimliyi məlum olub.
APA-nın məlumatına görə, onlar Masallı rayon sakinləri - 29 yaşlı Əzim Ağabəy oğlu Məmmədov və 27 yaşlı Xəzər İntiqam oğlu Hüseynovdur.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
***
Saat 16:35
Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.
APA-nın məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu, Xocəsən qəsəbəsində qeydə alınıb. “Shacman” markalı yük maşını körpüdən aşıb. Nəticədə yük maşınında olan iki nəfər ölüb.
Faktla bağlı araşdırma aparılır.

Oxşar yazılar

Şəmkirdə odlu silahla qətl törədildi - FOTO
21 yanvar 2021 , 20:58
DİN-dən xüsusi ƏMƏLİYYAT: 14 kiloya yaxın narkotik...
21 yanvar 2021 , 18:44
Cəzalandırılan prokurorluq əməkdaşlarının SAYI AÇIQLANDI
21 yanvar 2021 , 18:42
Ötən il Bakıda qeydə alınan cinayət hadisələrinin SAYI
21 yanvar 2021 , 18:26
Ötən il qaçırılan avtomobillərin sayı AÇIQLANDI
21 yanvar 2021 , 17:42
Vətən müharibəsində yaralanan qazimiz bu gün şəhid oldu
21 yanvar 2021 , 17:24
Məsuliyyətə cəlb olunan Hərbi Prokurorluq işçilərinin SAYI
21 yanvar 2021 , 15:56
Ötən il hərbi cinayətlər azalıb - Xanlar Vəliyev
21 yanvar 2021 , 15:51