985
12:22
22 Noyabr 2019

Aliment verməyən kişilərlə bağlı YENİ TƏKLİF

“Qadınlar bizə müraciət edirlər ki, aliment ala bilmirlər. Kişi aliment vermirsə, ölkədən çıxışına qadağa qoyulmalıdır”.

APA-nın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bildirib.

H. Hüseynova deyib ki, dünya təcrübəsində aliment verilməyəndə Aliment Fondu verir, ancaq kişi sonra Aliment Fonduna ikiqat artıq vəsait ödəyir: “Ona görə də Azərbaycanda da Aliment Fondu yaransa, yaxşı olar”.