Tələbəni maşın vurdu
20 noyabr 2019 14:58 (UTC +04:00)

Tələbəni maşın vurdu

 

Göyçayda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 14:00 radələrində Göyçay şəhəri, Heydər Əliyev prospektində yerləşən Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin qarşısında qeydə alınıb. "VAZ 2107" markalı minik avtomobili hərəkətdə olarkən yolu keçən piyada, kollecin tələbəsi, 2004-cü il təvəllüdlü Məmmədov Əli İlqar oğlunu vurub. Yaralı təcili olaraq Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Qəza törədən sürücü hadisə yerindən qaçıb.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. 

 

# 1250
avatar

Oxşar yazılar