FHN əməkdaşları intihara cəhdin qarşısını aldı
20 noyabr 2019 12:59 (UTC +04:00)

FHN əməkdaşları intihara cəhdin qarşısını aldı

Sumqayıtda intihara cəhdin qarşısı alınıb.

FHN-dən Lent.az-a verilən xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində Dənizkənarı Bulvarın ərazisində 1 nəfər özünü dənizə atmağa cəhd edərək intihar etmək istəyini nümayiş etdirib.

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu dərhal hadisə yerinə cəlb olunub.

Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.​

# 661
avatar

Oxşar yazılar