Sabahdan məktəblərdə dərslər başlayır
20 noyabr 2019 10:07 (UTC +04:00)

Sabahdan məktəblərdə dərslər başlayır

Sabahdan Azərbaycanın orta məktəblərində 5 günlük payız tətilindən sonra dərslər başlayır.

Lent.az xəbər verir ki, 2019-2020-ci tədris ilinin 5 günlük tətili noyabrın 16-dan 20-dək davam edəcək.

Noyabrın 21-də dərslər yenidən başlayır.

Tədris ilinin 5 günlük qış tətili isə 2020-ci il yanvarın 27-də başlayacaq və 31-də bitəcək. 

Qeyd edək ki, ümumi təhsil müəssisələrində dərslər sentyabrın 15-də başlayıb və iyunun 14-də başa çatacaq. Tədris ilinin birinci yarımili 15 sentyabr - 26 yanvar, ikinci yarımili 1 fevral - 14 iyunu əhatə edir.

Dərs ili ərzində beş gün payız tətili (16-20 noyabr), beş gün qış tətili (27-31 yanvar), ibtidai siniflər üçün beş günlük əlavə yaz tətili (1-5 may) olacaq.

Məktəbəhazırlıq qrupları üçün dərs ilinin I yarımili 1 oktyabr-26 yanvar, II yarımili 1 fevral-31 mayı əhatə edəcək.

Dərs ili beş gün payız tətili (16-20 noyabr), beş gün qış tətili (27-31 yanvar), beş gün əlavə tətil (1-5 may) olacaq.

 

 

 

# 1556
avatar

Aygün İbrahimli

Oxşar yazılar